Tərcümənin metadili

Tərcümə prosesini kifayət qədər tam təsvir etməyə imkan verən struktur-linqvistik səciyyəli kompleksdir. Onun nəzəri-linqvistik əsasını generativ qrammatika təşkil edir ki, onun terminlərlə tərcümə prosesinin qrammatik aspektləri təsvir olunur və komponent təhlil nəzəriyyəsi bu prosesin bəzi leksik aspektlərini anlamağa kömək edir. Göstərilən sxem orijinalın dili ilə tərcümənin dilindəki vahidlər arasında «uyğunluq şəbəkəsi» qurmağa imkan verir və tərcümə prosesinin qanunauyğunluqlarını ortaya çıxarmağa şərait yaradır. Əlavə bax: tərcümə nəzəriyyəsinin metadil problemi.
Tərcümənin mexanikləşdirilmiş sistemi
Tərcümənin metakommunikativ konteksti